Bakı. 20 aprel. REPORT.AZ/ “SOCAR Trading” şirkətinin icraçı direktoru Arzu Əzimov İsveçrənin cənub-qərbində yerləşən Lozanna şəhərində "Financial Times" tərəfindən təşkil olunan "FT Commodities Global Summit 2016" tədbirinə qatılıb.
"Report" şirkətə istinadən xəbər verir ki, tədbir dünyanın bir neçə böyük ticarət evlərinin və resurs şirkətlərinin rəhbərləri tərəfindən neft, metallurgiya və taxıl sənayesində qarşıya çıxan məsələlərin müzakirəsinə həsr olunub.
“SOCAR Trading” şirkətinin icraçı direktoru digər rəhbərlərlə milli neft şirkətlərinin hazırkı vəziyyətini müzakirə edib.