Bakı. 26 aprel.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-
"Maltadan sonra 2016-cı ildə biz Kot d'İvuarda LNG ilə elektrik enerjisi istehsal etməyi nəzərdə tutan ikinci layihəyə daxil olduq. Bu layihə üzrə işlər davam edir və tikinti işlərinə bu ilin sonunda başlanması gözlənilir", - deyə departament başçısı qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin ortalarında təchizatın başlaması gözlənilir.
Qeyd edək ki, SOCAR ötən ilin noyabr ayında mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın "Total" neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumda 26% pay əldə edib. Yeni "Coted'Ivoire-GNL" şirkətində "Total" 34%, SOCAR 26%, Kot d`İvuar Dövlət Neft Şirkəti ("Petroci") 16% paya malikdir. "Royal Dutch Shell" şirkəti də səhmlərin kiçik hissəsinə sahib çıxıb.