"SOCAR Trading" Çin, Hindistan və Afrika bazarlarını öyrənir - YENİLƏNİB

"SOCAR Trading" Çin, Hindistan və Afrika bazarlarını öyrənir - YENİLƏNİB "SOCAR Trading SA" şirkətinin icraçı direktoru Arzu Əzimov bunu "European Business" jurnalına müsahibəsində bildirib
Energetika
28 Yanvar , 2016 15:18
SOCAR Trading Çin, Hindistan və Afrika bazarlarını öyrənir - YENİLƏNİB

İlk xəbər saat 14:42-də verilib

Bakı. 28 yanvar. REPORT.AZ/ "SOCAR Trading SA" şirkəti üstünlük əldə edə biləcəyi inkişafda olan bazarları diqqətlə izləyir. "Report" xəbər verir ki, bunu "SOCAR Trading SA" şirkətinin icraçı direktoru Arzu Əzimov "European Business" jurnalına müsahibəsində bildirib: "Çin, Hindistan, Afrika sadəcə bir neçə nümunədir".

"Məsələn, daimi olaraq Afrikada işlər görür, ixracla bağlı bütün tenderlərdə iştirak edirik. Biz hər zaman satmaq və almaq üçün bütün imkanları araşdırırıq", - deyə A.Əzimov qeyd edib.

Şirkət rəsmisi bildirib ki, 2016-cı ildə inkişaf üçün hədəflər müəyyənləşdirilir, real satış bazarları axtarılır və potensial alıcı və tərəfdaşlarla görüşlər keçirilir: "Bazarda iştirakımızı saxlayacağıq, lakin yalnız ticarət şirkəti olmayacağıq. Əlbəttə, istehsal fəaliyyətimizi davam etdirəcəyik".

***

"SOCAR Trading" şirkətinin yeni inkişaf istiqamətləri qaz və energetika sektoruna yatırımları nəzərdə tutur ki, bu da gələcəkdə mədən (orqanik) yanacaqlar sahəsini də əhatə edə bilər.

"Əgər biz emal sektoruna investisiya qoyuruqsa, bütün mümkün imkanları təcrübədən keçərəcəyik. Xam neft zəncirinə nəzarəti saxlamaq üçün bütünləşməyə davam edəcəyik. Nə qədər çox bütünləşsək, o qədər çox müvəffəqiyyət qazanarıq", - deyə A.Əzimov əlavə edib.

Şirkət rəhbəri bildirib ki, "SOCAR Trading" xam neft bazarındakı mövcud mövqeyindən və gələcək imkanlardan xəbərdardır: "Hazırda şirkətimizin Cenevrədə yerləşən baş ofisi və Sinqapur, Dubay, Londondakı ticarət ofislərində 200 nəfərdən çox əməkdaş çalışır. "SOCAR Trading" bu yaxınlarda Kanadanın Kalqari şəhərində beşinci ofisini yaradıb. Bizim rəqabət üstünlüyümüz dövlət şirkəti olan SOCAR-a bağlılığımızdır".

Son xəbərlər

Orphus sistemi