Yuxarı
    Bağlamaq

    “SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır

    SOCAR Trading” xammalı Çinin neft emalçılarına birbaşa satmaq niyyətindədir

    Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” Çin bazarını hədəf almaq üçün Londondan işləyəcək 3 treyderi işə götürüb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib.

    “Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və “Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-da işə başlayıb, digər treyder isə gələn il işə başlayacaq.

    “Əlbəttə, biz onların Çindəki əlaqələrindən istifadə edəcəyik və Çinin neft emalı zavodlarına daxil olacağıq", - deyən A.Əzimov qeyd edib ki, "SOCAR Trading” 2015-ci ildə idxal lisenziyası verilən Çinin neft emalçılarına xammalı birbaşa olaraq satmaq niyyətindədir: 

    "İndiyədək bizim strategiya Asiya bazarını əhatə etməyib, çünki Asiya dövlətləri neft satışı və tədarükündə daha çox dövlət şirkətləri ilə və hökumətlərarası sazişlər əsasında işləməyə üstünlük verib", - deyə şirkət rəhbəri əlavə edib.

    O qeyd edib ki, Asiya emalçıları daha ağır xam neftə üstünlük verir.

    Hazırda Asiya bölgəsində “Azeri Light” markalı neft İndoneziya, Tayland, Vyetnam və bəzən də Tayvana satılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi