SOCAR təyyarə yanacağının ixracını kəskin artırıb

SOCAR təyyarə yanacağının ixracını kəskin artırıb Şirkət yanvarda 41,7 min ton təyyarə yanacağı ixrac edib
Energetika
1 Fevral , 2016 17:57
SOCAR təyyarə yanacağının ixracını kəskin artırıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 73 823 ton dizel yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay ixrac olunan dizel yanacağının həcmi 2015-ci ilin yanvar ayından 33,6% az olub.

Ötən ay SOCAR 41 734 ton təyyarə yanacağı ixrac edib ki, bu həcm ötən ilin yanvarına nisbətən 2,6 dəfədən çox artıb.

Yanvarda SOCAR 7 078 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 526 ton maye piroliz qətranı, 3 097 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2 400 ton butilen butadien fraksiyası ixrac edib.

Hesabat ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 400,35 dollar, təyyarə yanacağı - 293,48 dollar, dizel yanacağı - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti 130,85 dollar təşkil edib.

Yanvar ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli orta hesabla 30,70 dollara, "Urals" nefti 29,58 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 32,33 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi