SOCAR təyyarə yanacağının ixracını artırıb

SOCAR təyyarə yanacağının ixracını artırıb Şirkət iyulda 133,5 min ton təyyarə yanacağı ixrac edib
Energetika
1 Avqust , 2016 17:55
SOCAR təyyarə yanacağının ixracını artırıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyul ayında 26 754 ton dizel yanacağı ixrac edib ki, bu da ötən ilin iyul ayından 61% azalma deməkdir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay 4 801 ton təyyarə yanacağı ixrac edilib. Bu isə ötən ilin iyul ayından 83% azdır.

Şirkət ötən ay 8 904 ton yüksək təzyiqli polietilen, 1 270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 618 ton propilen və 3 185 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-iyul ayları ərzində 415 978 ton dizel yanacağı, 133 539 ton təyyarə yanacağı ixrac edilib ki, dizel yanacağının ixracında 26% azalma, təyyarə yanacağının ixracında 1,6% artım qeydə alınıb.

Yanvar-iyul ayları ərzində 2,5 min ton soba mazutu 55 800 ton yüksək təzyiqli polietilen, 8 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 215 ton maye piroliz qətranı, 28 171 ton propilen və 13 271 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 440,30 ABŞ dolları, təyyarə yanacağı - 419,26 dollar, dizel yanacağı - 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti - 243,33 dollar, yüksək təzyiqli polietilen - 1 160 dollar, butilen butadien fraksiyası - 440,57 dollar, maye piroliz qətranı - 440,30 dollar, propilen - 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 920 avro təşkil edib.

İyul ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 45,10 dollara, "Urals" nefti 44,28 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 46,95 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi