SOCAR Təqaüd Proqramı üzrə sənəd qəbuluna başlayıb

SOCAR Təqaüd Proqramı üzrə sənəd qəbuluna başlayıb Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb.
Energetika
21 Fevral , 2018 17:28
SOCAR Təqaüd Proqramı üzrə sənəd qəbuluna başlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb.

"Report" xəbər verir ki, müsabiqə 2017-2018-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin II, III və IV kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. 

Proqrama müraciət etmək istəyən tələbələr şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Son qeydiyyat tarixi martın 5-i saat 17:00-dəkdir.

Qeyd edək ki, qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur, qiymət kitabçası nəzərə alınmayacaq.

Son xəbərlər

Orphus sistemi