Yuxarı
    Bağlamaq

    SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu başlayıb

    Müraciətlər iyunun 19-dək qəbul ediləcək

    Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə 2017-2018-ci tədris ili üçün sənəd qəbulu elan edilib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, sənəd qəbulu avtomobil təmiri çilingəri, əl ilə qaynaqda elektrik qaynaqçısı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, neft və qaz hasilatı üzrə operator, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, qaz paylayıcı stansiyanın operatoru, qazla kəsən, təmirçi çilingər, tornaçı-frezerçi peşələri üzrə elan olunub.

    Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, respublika üzrə hər hansı yerdə qeydiyyatı olan Azərbaycan vətəndaşları, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 19-dək qəbul ediləcək. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi