​SOCAR Tatarıstanda keçirilən beynəlxalq forumda iştirak edir

​SOCAR Tatarıstanda keçirilən beynəlxalq forumda iştirak edir Dövlət Neft Şirkətini bu tədbirdə elm və texnika şöbəsinin rəisi təmsil edir
Energetika
3 Sentyabr , 2015 16:21
​SOCAR Tatarıstanda keçirilən beynəlxalq forumda iştirak edir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Kazan şəhərində (Tatarıstan, Rusiya) başlayan Neft, Qaz və Kimya Forumuna qatılıb. "Report" Tatarıstan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri SOCAR-ın elm və texnika şöbəsinin rəisi Nazim Vəliyevdir.

N.Vəliyev forumda bildirib ki, Azərbaycanın neft sənayesi inkişafdadır, 7 ölkənin ərazisindən keçməklə İtaliyaya qədər nəhəng qaz boru kəməri inşa olunur, yeni yanacaqdoldurma məntəqələri tikilir.

Forumun açılışında Tatarıstan prezidentinin vəzifələrini müvəqqəti icra edən Rüstəm Minnixanov və Başqırdıstan prezidenti Rüstəm Xamitov iştirak ediblər.

Qeyd edək ki, sabah başa çatacaq forum RF prezidenti, Rusiyanın Sənaye və Ticarət, Təbii Sərvətlər və Ekologiya nazirlikləri və Tatarıstan hökumətinin dəstəyi ilə keçirilir. Forumun təşkilatçıları Tatarıstan Sənaye və Ticarət Nazirliyi, "Tatneftximinvest Holdinq" ASC, "Tatneft" ASC, "TAİF" ASC, "Neftkonsorsium" QSC və Tatarıstan Elmlər Akademiyasıdır.

Bu il forumda 200-dən artıq şirkət, Rusiyanın müxtəlif regionlarından 130-dan artıq müəssisə, Tatarıstanın 50-dən artıq müəssisəsi və 9 ölkədən 16 şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi