SOCAR Supsa limanından xam neft ixracını artırıb

SOCAR Supsa limanından xam neft ixracını artırıb I rüb ərzində SOCAR-ın Supsa limanından ixracında 17%, martda isə 1,3% artım qeydə alınıb
Energetika
3 Aprel , 2017 17:03
SOCAR Supsa limanından xam neft ixracını artırıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 704 085 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, mart ayı ərzində Supsa limanından ixracın həcmi isə 178 703 ton təşkil edib.

Bu ilin ilk rübü ərzində SOCAR-ın Supsa limanından ixracında 17%, mart ayında isə 1,3% artım qeydə alınıb.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi