SOCAR Supsa limanından ixracı artırıb

SOCAR Supsa limanından ixracı artırıb Supsa limanından 1,6 mln. ton neft ixrac edilib
Energetika
5 Sentyabr , 2017 17:47
SOCAR Supsa limanından ixracı artırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan) 1 579 673 ton xam neft ixrac edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcm ötən ilin müvafiq dövründən 0,05% çoxdur.

Avqust ayında Supsa limanından daşınma həyata keçirilməyib.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi