SOCAR Supsa limanından 177 min ton neft ixrac edib

SOCAR Supsa limanından 177 min ton neft ixrac edib Yanvar-aprel ayları ərzində isə Supsadan 776,2 min ton xam neft ixrac olunub
Energetika
2 May , 2016 17:11
SOCAR Supsa limanından 177 min ton neft ixrac edib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprel ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 176 598 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay Supsa limanından ixrac olunan xam neftin həcmi əvvəlki ilin aprel ayından 30% azalıb.

Ümumilikdə yanvar-aprel ayları ərzində Supsa limanından 776 198 ton xam neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 24% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi