Yuxarı
    Bağlamaq

    SOCAR Supsa limanından neftin ixracını 10% artırıb

    Bu ilin yanvar-sentyabr aylarında SOCAR Supsa limanından 2,3 mln. ton neft ixrac edib

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 2,283 mln. ton neft ixrac edib. Ötən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə Supsa limanından ixracın həcmi 9,8% artıb.

    Şirkətdən "Report"a verilən məlumata görə, təkcə sentyabr ayında Supsa limanından SOCAR 253,829 min ton neft göndərib.

    Qeyd edək ki, 2013-cü ildə SOCAR Gürcüstan limanından 2,725 mln. ton neft ixrac edib. Bakı-Supsa boru kəməri 1994-cü il sentyabr ayının 20-də SOCAR və başda BP olmaqla xarici şirkətlər qrupu arasında imzalanan məhsulun pay bölgüsü haqqında saziş çərçivəsində "Çıraq" yatağından hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 

    Belə ki, 21 düym (530 mm) diametrdə 775 km yeni boru kəməri və 55 km bərpa olunmuş boru kəməri daxil olmaqla, Bakı-Supsa boru kəmərinin uzunluğu 830 km təşkil edir. Kəmərin illik ötürmə gücü 7 mln. ton (gündəlik 140 min barel) neft təşkil edir. Boru kəmərinin operatoru BP şirkətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi