SOCAR: "Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə aidiyyatı yoxdur"

SOCAR: "Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə aidiyyatı yoxdur" Son günlər müxtəlif sosial şəbəkələrdə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzəltmə və ya investisiya yatırma imkanları təklif olunur.
Energetika
13 May , 2022 12:40
SOCAR: Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə aidiyyatı yoxdur

Son günlər müxtəlif sosial şəbəkələrdə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzəltmə və ya investisiya yatırma imkanları təklif olunur.

“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

"Dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi