​SOCAR son 2 ayda 13 estakadayanı meydança təmir edib

​SOCAR son 2 ayda 13 estakadayanı meydança təmir edib “28 May” NQÇİ üzrə 3, 5 və 11 saylı dərin dəniz özüllərinin döşəmə sahələri təmir olunub
Energetika
24 Avqust , 2015 14:50
​SOCAR son 2 ayda 13 estakadayanı meydança təmir edib

Bakı. 24 avqust. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyi tərəfindən ötən 2 ay ərzində N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 13 ədəd estakadayanı meydança əsaslı təmir olunaraq istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 187, 290 və 350 saylı estakadayanı meydançalarda isə son tamamlama işləri aparılır. “28 May” NQÇİ üzrə 3, 5 və 11 saylı dərin dəniz özüllərinin döşəmə sahələri təmir edilib.

“Neft Daşları”ndakı yük körpüsü, 2223 saylı estakadayanı meydança və Avtonəqliyyat İdarəsinin yerləşdiyi meydançada əsaslı təmir işləri görülüb. “Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Darvin bankası” yatağında yerləşən 340 saylı estakadayanı meydança da əsaslı təmir olunub, 340 və 620 saylı dərin dəniz özüllərinin, eyni zamanda “Abşeron bankası” yatağında yerləşən 11 saylı dərin dəniz özülünün döşəmə sahələri təmir edilərək Dövlət Qəbulu komissiyasına təhvil verilib.

Aparılmış təmir işləri zamanı korroziyaya uğrayan polad vərəqələr, fermalar dəyişdirilmiş, metal-konstruksiyasılar yeniləri ilə əvəz olunub, dəmir-beton tavalar, metal məhəccərlər yenilənib.

Son xəbərlər

Orphus sistemi