SOCAR “SOCAR Energy Georgia” şirkətində payını artırıb

SOCAR “SOCAR Energy Georgia” şirkətində payını artırıb SOCAR-ın “SOCAR Energy Georgia” şirkətində nəzarət payı 75,51%-ə qalxıb
Energetika
14 İyun , 2018 14:11
SOCAR “SOCAR Energy Georgia” şirkətində payını artırıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il Gürcüstandakı törəmə müəssisəsi - “SOCAR Energy Georgia” şirkətinin payını 24,51% artıraraq nəzarət payını 75,51%-ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

2017-ci il mayın 29-da “SOCAR Energy Georgia” şirkətində iştirak payı 16,34% artırılıb. Bu payın alınması üçün 58 mln. manat (34 mln. ABŞ dolları) ödənilib. Şirkət 2017-ci il oktyabrın 10-da isə 8,17% pay alıb. SOCAR “Intersun Holding FZCO” və "Eventus General Holding FZE" şirkətlərindən pay alıb.

Nəticədə, SOCAR-ın “SOCAR Energy Georgia” şirkətində nəzarət payı 51%-dən 75,51%-ə qalxıb.

“SOCAR Energy Georgia" MMC 2006-cı ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi