Yuxarı

SOCAR sentyabrda Türkiyədə ən nəhəng dəniz limanını istifadəyə verəcək

​Rövnəq Abdullayev: SOCAR Türkiyənin ən iri iki şirkətindən biri olacaq

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində məlumat verib.

R.Abdullayev bildirib ki, İzmirdə inşa olunan “Star” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır. 

"İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq. 2018-ci ilin aprelində “Star” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq”, - SOCAR rəhbəri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi