SOCAR səmt qazının azaldılması planı hazırlayıb

SOCAR səmt qazının azaldılması planı hazırlayıb Plan 2017-2022-ci illəri əhatə edəcək
Energetika
9 Avqust , 2017 15:20
SOCAR səmt qazının azaldılması planı hazırlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz fəaliyyət sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə 2017-2022–ci illər üçün səmt qazının azaldılması planı hazırlayıb. Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Qurumun açıqladığı məlumatda deyilir ki, qlobal iqlim dəyişmələrinə təsirin azaldılması üçün 2014-cü ildə SOCAR Dünya Bankı tərəfindən hazırlanan “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub və iki dəfə ali mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi