SOCAR Rusiyada metanol zavodu inşa edə bilər

SOCAR Rusiyada metanol zavodu inşa edə bilər Bakı. 27 sentyabr. REPORT.AZ/ SOCAR Rusiyada metanol zavodu inşa edə bilər.
Energetika
27 Sentyabr , 2018 20:57
SOCAR Rusiyada metanol zavodu inşa edə bilər

Bakı. 27 sentyabr. REPORT.AZ/ SOCAR Rusiyada metanol zavodu inşa edə bilər.

“Report” xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik”.

F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: "Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".

Son xəbərlər

Orphus sistemi