SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb

SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb Buxarest. 22 yanvar. REPORT.AZ/ SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib. 
Energetika
22 Yanvar , 2018 15:39
SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb

Buxarest. 22 yanvar. REPORT.AZ/ SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib. 

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, şirkət bu ölkədə “SOCAR” brendli sayca 39-cu YDM-ni istifadəyə verib. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacaq məhsullarının satışı həyata keçiriləcək. 

Məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda yanacaqla təmin ediləcək. Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycan Prezidenti  İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq, bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılıb və YDM-də  Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Xatırladaq ki, bu, Braşov regionunda istifadəyə verilən sayca ikinci yanacaqdoldurma məntəqəsidir. SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. 

Son xəbərlər

Orphus sistemi