SOCAR "Romania Downstream 2015" konfransında iştirak edib

SOCAR "Romania Downstream 2015" konfransında iştirak edib Tədbirdə Avropa qaz bazarı, Azərbaycanın təcrübəsi, Rumıniya üçün imkanlara toxunulub
Energetika
17 Sentyabr , 2015 18:06
SOCAR Romania Downstream 2015 konfransında iştirak edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Buxarestdə “Neft sənayesi icmalı” jurnalı və Rumıniya Neft Klubunun təşkilatçılığı ilə “Romania Downstream-2015. Xam neftin dəyərə çevrilməsi istiqamətində strategiyanı təkmilləşdir” mövzusunda konfrans keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR-ın Rumıniya nümayəndəliyinin də iştirak etdiyi tədbirə dövlət və hökümət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin rəhbərləri, iş adamları, investorlar, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılıblar.

"SOCAR Romania"nın rəhbəri Həmzə Kərimov “Rumıniya və regionun qazpaylayıcı şəbəkələrinə investisiya qoyuluşu” mövzusunda çıxış edib.

Çıxışda Azərbaycanın neft strategiyası, enerji siyasəti barədə məlumat verilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı etibarlı tərəfdaş rolu vurğulanıb. Bir neçə ildən sonra Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək AGRI layihəsi, bu istiqamətdə nəzərdə tutulan işlər də diqqət mərkəzində olub. SOCAR-ın xarici ölkələrdə fəaliyyətindən söz açılıb, Avropa qaz bazarı, Azərbaycanın təcrübəsi, Rumıniya üçün imkanlar və digər mövzulara toxunulub. 

Son xəbərlər

Orphus sistemi