SOCAR rəsmisi: “Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” - VİDEO

SOCAR rəsmisi: “Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” - VİDEO Bir xəttin istismarının dayandırılması respublikanın qaz təchizatında problem yaratmayacaq
Energetika
27 Dekabr , 2016 17:35
SOCAR rəsmisi: “Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” - VİDEO

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğının nəticələri iki gün ərzində tam aradan qaldırılacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

O qeyd edib ki, bir xəttin istismarının dayandırılması respublikanın qaz təchizatında problem yaratmayacaq.

“Qəza barədə məlumat alınan kimi dərhal tapşırıqlar verilib. Yanğın baş verən hissə yaşayış məntəqəsindən 800 metr -1 km aralıda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Həm “Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanma həyata keçirilir".

Qeyd edək ki, SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

SOCAR-ın məlumatına görə, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.

Son xəbərlər

Orphus sistemi