SOCAR rəsmisi: "Bolqarıstan Cənub Qaz Dəhlizində strateji tərəfdaşdır"

SOCAR rəsmisi: "Bolqarıstan Cənub Qaz Dəhlizində strateji tərəfdaşdır" Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanı Cənub Qaz Dəhlizində (CDQ) strateji tərəfdaş sayır.
Energetika
13 İyun , 2018 17:15
SOCAR rəsmisi: Bolqarıstan Cənub Qaz Dəhlizində strateji tərəfdaşdır

Bakı. 13 iyun. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanı Cənub Qaz Dəhlizində (CDQ) strateji tərəfdaş sayır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda konfransda SOCAR-ın investorlarla əlaqələr şöbəsinin rəisi Kamran Hüseynov deyib.

"SOCAR Balkans S.a.r.l." şirkəti ilə "Bulgartransgaz" arasında Bolqarıstana və bu ölkə vasitəsilə Cənub-Şərqi Avropaya əlavə qaz ixracı marşrutlarının aşkar edilməsi imkanları barədə anlaşma memorandumunun imzalandığını xatırladan K.Hüseynov əlavə edib ki, Bolqarıstan CQD çərçivəsində əsas tranzit ölkə kimi nəzərdən keçiriləcək.

SOCAR rəsmisi Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinə toxunaraq bildirib ki, CDQ-nin tərkib hissəsi olan bu layihə Azərbaycandan 1 mlrd. kubmetr qaz idxal edilməsi üçün istifadə olunacaq.

K.Hüseynov həmçinin Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri barədə geniş məlumat verib və bildirib ki, TAP layihəsi üzrə işlərin 75%-i, TANAP layihəsinin 1-ci fazası üzrə isə işlərin 80%-i artıq tamamlanıb.

Son xəbərlər

Orphus sistemi