Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən söhbət açılıb.