SOCAR rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Şirkət nümayəndələri ulu öndərin məzarı üzərinə çiçəklər düzüb, ruhu qarşısında baş əyiblər
Energetika
10 May , 2016 16:46
SOCAR rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və onun çoxminli kollektivinin təmsilçiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatın inkişafında, milli dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.                               

Son xəbərlər

Orphus sistemi