SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Energetika
12 Dekabr , 2018 17:21
SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzüb, ruhu qarşısında baş əyiblər.

Son xəbərlər