SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Energetika
10 May , 2018 15:31
SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
socar.az
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və onun çoxminli kollektivinin təmsilçiləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” SOCAR-a istinadən xəbər verir ki, şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, ölkənin müstəqilliyinin əbədiliyinin qarantına çevrilmiş, Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ümummilli liderin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhuna dualar oxuyub, abidəsi qarşısında baş əyiblər.