Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
“Report” xəbər verir ki, SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə çiçək dəstələri düzüblər.

