Yuxarı

SOCAR rəhbəri Türkmənistan prezidenti ilə enerji məsələlərini müzakirə edib

Aşqabadda yanacaq-energetika sektorunda qarşılıqlı faydalı layihələrin reallaşdırılmasının perspektivlərindən danışılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabad şəhərində keçirilən XX Beynəlxalq "Neft və Qaz Türkmənistan-2015" sərgi və konfransında iştirak üçün bu ölkəyə səfər edib.

"Report" Türkmənistan hökumətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən yanacaq-energetika sektorunda qarşılıqlı faydalı layihələrin reallaşdırılmasının perspektivləri müzakirə olunub.

Vurğulanıb ki, güclü enerji potensialı olan Azərbyacan və Türkmənistan karbohidrogen ehtiyatlarından istifadə istiqamətində effektiv addımlar atır.

İki qonşu dövlətin bu sahədə səylərinin birləşdirilməsi hazırkı dövrün vacib məsələləri, Avropa və Asiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal davamlı inkişaf üçün şəraitin yaradılması kimi ən aktual problemlərin həlli üçün əlverişli zəmin yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi