Şirkətdən "Report"a bildirilib ki, seysmik kəşfiyyat işləri "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Geofizika kəşfiyyatı" Geofizika və Geologiya İdarəsi tərəfindən həyata keçirilir.
İşlər sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi və zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılır. Görülən tədbirlər axtarış-qazma işlərinin keçirilməsi üçün ən optimal istiqamətləri müəyyən etməyə imkan verəcək.
Qeyd edək ki, "Çeylaxtarma-Nardaranaxtarma" sahəsi Şamaxı-Qobustan neft-qaz rayonunda yerləşir.