SOCAR qurudakı yeni sahədə seysmik kəşfiyyata başlayıb

SOCAR qurudakı yeni sahədə seysmik kəşfiyyata başlayıb SOCAR "Çeylaxtarma-Nardaranaxtarma" quru sahəsində 2D seysmik kəşfiyyat işlərinə başlayıb
Energetika
31 Oktyabr , 2014 09:57
SOCAR qurudakı yeni sahədə seysmik kəşfiyyata başlayıb
Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Çeylaxtarma-Nardaranaxtarma" quru sahəsində 2D seysmik kəşfiyyat işlərinə başlayıb.

Şirkətdən "Report"a bildirilib ki, seysmik kəşfiyyat işləri "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Geofizika kəşfiyyatı" Geofizika və Geologiya İdarəsi tərəfindən həyata keçirilir. 

İşlər sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi və zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılır. Görülən tədbirlər axtarış-qazma işlərinin keçirilməsi üçün ən optimal istiqamətləri müəyyən etməyə imkan verəcək.

Qeyd edək ki, "Çeylaxtarma-Nardaranaxtarma" sahəsi Şamaxı-Qobustan neft-qaz rayonunda yerləşir. 

Son xəbərlər

Orphus sistemi