SOCAR qrant müsabiqəsi keçirəcək

SOCAR qrant müsabiqəsi keçirəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrinə dəstək məqsədi ilə qrant müsabiqələrini elan edib.
Energetika
20 Oktyabr , 2021 12:42
SOCAR qrant müsabiqəsi keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrinə dəstək məqsədi ilə qrant müsabiqələrini elan edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, SOCAR-ın “Elm Fondu” Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2021-ci il üçün qrant müsabiqəsi elan edib “Elm Fondu”nun qrant müsabiqəsinin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın “Elmi Tərəqqi Fondu” isə təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, Milli Aviasiya Akademiyasında (MAA) çalışan və yaxud onunla əməkdaşlıq edən elmi tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2021-ci il üçün müsabiqə elan edib. Müsabiqənin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.

SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə neftvermə əmsalının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilən elmi araşdırmaları yüksək qiymətləndirib və deyib: “Uzun müddət istismar edilən yatqlarda neftvermə əmsalının 5-10 faiz artırılması yeni yataqların kəşf edilməsi qədər əhəmiyyətlidir. Bunun üçün müasir elmi nailiyyətlərin həm dənizdə, həm də quruda olan neft yataqlarına tətbiqi vacibdir. Fikrimcə, müasir texnologiyaların tətbiqi məqsədi ilə reallaşdırılan elmi araşdırmalar uzun müddət istismar edilmiş neft yataqlarının hələ uzun illər istismarına yardımçı ola bilər”.

SOCAR-la AMEA və MAA arasında bağlanmış Memorandumlar əsasında müvafiq olaraq yaradılmış “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi Tərəqqi Fondu” ölkədə təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi