Yuxarı

SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək

Günəşli yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir

Bakı. 6 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir. "Report"un xəbərinə görə, bunu keçirdiyi birfinqdə  SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.

O deyib ki, hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək. "SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".

Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını sabah saat 11.00-da keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi