SOCAR qazma işlərinin həcmini azaldıb

SOCAR qazma işlərinin həcmini azaldıb SOCAR qazma işlərinin həcmini azaldıb
Energetika
15 İyul , 2020 15:59
SOCAR qazma işlərinin həcmini azaldıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 15 min metrdən artıq qazma işləri aparıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azdır. 

Azalma koronavirus (COVID-19) pandemiyası nəticəsində dünyada neftə tələbatın aşağı düşməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır.

Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq qazma işlərinin də həcmi azaldılıb.