SOCAR qazma işlərinin həcmini artırıb

SOCAR qazma işlərinin həcmini artırıb İlin iki ayında qazma işlərinin həcmi 10% artıb
Energetika
2 Mart , 2017 12:27
SOCAR qazma işlərinin həcmini artırıb

Bakı.2 mart.REPORT.AZ/Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 18 584 metr qazma işi həyata keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 7 438 metri fevral ayının payına düşüb.

İki ay ərzində həyata keçirilən qazma işlərinin həcmi ötən ilin müvafiq ayları ilə müqayisədə 10%, fevral ayındakı iş həcmi isə ötən ilin fevral ayı ilə müqayisədə 5,6% çox olub.

Qeyd edək ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.2017-ci ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.