​SOCAR qazma işlərini 5% artırıb

​SOCAR qazma işlərini 5% artırıb Şirkət bu il 92 min metrdən çox qazma işi həyata keçirib
Energetika
3 Noyabr , 2015 18:07
​SOCAR qazma işlərini 5% artırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9 174 metr qazma işi həyata keçirilib. "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Bu ilin oktyabrında həyata keçirilən qazma işləri ötən ilin oktyabr ayından 5% artıq olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 92 323 metr qazma işi görülüb ki, bunun da 91 323 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Bu ilin yanvar-oktyabr aylarından həyata keçirilmiş qazma işləri ötən ilin müvafiq dövründən 14% az olub.

Qeyd edək ki, oktyabrda qazmadan alınmış 4, ilin əvvəlindən isə 59 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi