SOCAR qazma işlərini 38% artırıb

SOCAR qazma işlərini 38% artırıb İl ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib
Energetika
6 İyul , 2017 12:40
SOCAR qazma işlərini 38% artırıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 73 789 metr qazma işi görülüb.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, qazma işlərinin 68 007 metri istismara, 5 782 metri isə kəşfiyyata aid olub.

SOCAR-ın I yarımillikdə apardığı qazma işlərinin həcmi illik müqayisədə 38% artıb.

İlin ilk yarısında həyata keçirilən qazma işlərinin 10 450 metri iyun ayında görülüb. Bu sahədə görülmüş işlərin 10 111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub.

Qeyd olunur ki, 2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi