Yuxarı
    Bağlamaq

    SOCAR qazma işlərini azaldıb

    Carı ilin 9 ayında SOCAR 98,7 min metr həcmində qazma işləri aparıb

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qazma idarələri 98,737 min metr həcmində qazma işləri aparıb. Ötən ilin 9 aylıq göstəricisi ilə müqayisədə qazma işlərinin həcmi 17,5% azalıb. Bu barədə "Report"a  SOCAR-dan bildirilib.

    Bununla yanaşı, axtarış qazmasının payı 1,628 min metr (azalma - 74,1%), istismar qazması isə 97,109 min metr (azalma - 13,9%) təşkil edib. Bu ilin sentyabr ayında qazma idarələri tərəfindən yerinə yetirilən işlərin həcmi 9,362 min metr təşkil edib ki, bunun da bütün həcmi istismar qazmasının payına düşüb. 

    Qeyd edək ki, 2013-cü ildə SOCAR-ın apardığı qazma işlərinin həcmi 142,656 min metr, o cümlədən istismar üzrə 135,665 min metr, axtarış üzrə isə 6,991 min metr təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi