SOCAR qaz hasilatını 4% artırıb

SOCAR qaz hasilatını 4% artırıb SOCAR 2014-cü ilin yanvar-sentyabr aylarında 5,516 mlrd. kubmetr qaz hasil edib
Energetika
28 Oktyabr , 2014 13:20
SOCAR qaz hasilatını 4% artırıb
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-sentyabr aylarında 5,516 mlrd. kubmetr qaz hasil edib. SOCAR-dan "Report"a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 3,8% artıb.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində Azərbaycan üzrə qaz hasilatı 22,613 mlrd. kubmetr təşkil edib, bu isə 2013-cü ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,3% çoxdur. 

Cari ilin sentyabr ayında 551,7 mln. kubmetr qaz hasil olunub, ümumilikdə Azərbaycan üzrə isə qaz hasilatı 2,423 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, 2013-cü ildə SOCAR 7,139  mlrd. kubmetr qaz hasil edib. Ötən il ümumilikdə Azərbaycan üzrə qaz hasilatı 29,45 mlrd. kubmetr olub. 

Son xəbərlər

Orphus sistemi