​SOCAR qaz hasilatını 5% artırıb

​SOCAR qaz hasilatını 5% artırıb Şirkət doqquz ayda 5,161 mlrd. kubmetr təbii qaz hasil edib
Energetika
26 Oktyabr , 2015 11:38
​SOCAR qaz hasilatını 5% artırıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr ayları ərzində 5,161 mlrd. kubmetr təbii qaz hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən 6,4% azalıb.

Bu ilin 9 ayında hasil olunan qazın 580.2 mln. kubmetri sentyabr ayının payına düşüb.

Sentyabr ayında isə qaz hasilatı ötən ilin sentyabr ayına nisbətən 5% çox olub.

Son xəbərlər

Orphus sistemi