Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-iyul aylarında 4,396 mlrd. kubmetr qaz hasil edib.
"Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatı 5,2% artıb.
Cari ilin iyul ayında isə şirkət 575,1 mln. kubmetr qaz hasil edib ki, ümumilikdə 2014-cü ildə 7 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.
Qeyd edək ki, 2013-cü ildə Azrəbaycanda qaz hasilatının ümumi həcmi 29,45 mlrd. kubmetr təşkil edib və bunun 7,14 mlrd. kubmetri SOCAR-ın payına düşüb.