SOCAR Gürcüstanda kommersiya alıcıları üçün qazın qiymətini artırıb

SOCAR Gürcüstanda kommersiya alıcıları üçün qazın qiymətini artırıb "Artıq biz kommersiya qazının qiymətinin artırılmasını həyata keçiririk"
Energetika
6 Mart , 2015 20:10
SOCAR Gürcüstanda kommersiya alıcıları üçün qazın qiymətini artırıb

Bakı. 6 mart. REPORT/ "Gürcüstanda qazın qiyməti ilə bağlı danışıqlar gedir. Artıq biz kommersiya qazının qiymətinin artırılmasını həyata keçiririk. Əhaliyə satılan yox, kommersiya qazının qiyməti artırılır və artırılmalıdır". "Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Bilirsiniz ki, orda da larinin dəyəri dollara nisbətən düşüb və kommersiya itkiləri olur. Ona görə də biz hökumətlə razılaşmışıq ki, kommersiya alıcıları üçün qiyməti qaldıraq", - o qeyd edib.


Son xəbərlər

Orphus sistemi