Yuxarı

SOCAR qaz çatışmazlığı ilə bağlı deyilənlərə münasibət bildirib

Rövnəq Abdullayev: Qaza tələbatın kəskin artması müvəqqətidir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib. "Report" xəbər verir ki, Şirkətin mövqeyini onun prezidenti Rövnəq Abdullayev açıqlayıb.

SOCAR prezidenti Azərbaycanda qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını deyib: "Noyabrın 1-dən qış rejiminə keçəcəyik və qazın təzyiqini artıracağıq. Bunun üçün 15 gün öncədən hazırlıqlar başlayıb". 

"Anbarlarda kifayət qədər qaz ehtiyatı var. Güclü yağışlar zamanı qaza tələbatın kəskin artması müvəqqətidir", - deyə SOCAR rəhbəri qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi