Vladimir Zelenski SOCAR prezidenti ilə görüşüb

Vladimir Zelenski SOCAR prezidenti ilə görüşüb Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Energetika
30 Yanvar , 2020 22:19
Vladimir Zelenski SOCAR prezidenti ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Vladimir Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.

Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.

Son xəbərlər

Orphus sistemi