SOCAR prezidenti "TEKFEN" rəhbərliyini qəbul edib

SOCAR prezidenti "TEKFEN" rəhbərliyini qəbul edib R.Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə onları təbrik edib
Energetika
12 Noyabr , 2016 16:50
SOCAR prezidenti TEKFEN rəhbərliyini qəbul edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə Holdinqin İdarə Heyətinin sədri Murat Gigin və “TEKFEN İnşaat”ın prezidenti Levent Kafkaslını qəbul edib.

SOCAR-dan "Report"a daxil olan məlumata görə, "TEKFEN" şirkətinin təkcə Türkiyədə deyil, bütün türk dünyasında və dünya miqyasında yaxşı tanındığını söyləyən R.Abdullayev şirkətin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini qeyd edib. 20 il bundan əvvəl Azərbaycanda fəaliyyətə başlamış "TEKFEN"in həyata keçirdiyi layihələrdən danışan M.Gigin və L.Kafkaslı bu dövrdə daim Dövlət Neft Şirkətinin qayğı və dəstəyini gördüklərini söyləyib, buna görə təşəkkürlərini bildiriblər. 

SOCAR-ın prezidenti R. Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə onları təbrik edib, Holdinqin əmək kollektivinə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi