SOCAR prezidenti Tbilisidə yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib - FOTO

SOCAR prezidenti Tbilisidə yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib - FOTO "SOCAR-Georgia"-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, olardan 26-sı qazdoldurma stansiyasıdır
Energetika
17 Aprel , 2015 20:03
SOCAR prezidenti Tbilisidə yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib - FOTO

Bakı. 17 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə " SOCAR-Georgia"nın yeni qazdoldurma məntəqəsi istifadəyə verilib. "Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstanın rəsmi şəxsləri iştirak edib. Açılış mərasimində qeyd olunub ki, Gürcüstanda "SOCAR-Georgia"-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, olardan 26-sı qazdoldurma stansiyasıdır.

Yeni stansiya Argentina istehsalı olan yüksək texniki göstəricilərə malik 2 qaz-kompressor qurğusu ilə təchiz olunub. Gücü 250 kilovatta çatan qurğular mərkəzi qaz magistral xəttinə birləşdirildiyi üçün qazın fasiləsiz verilişi təmin olunub. Burada avtomobillərin tez, keyfiyyətli və təhlükəsiz şəkildə qazla təchiz edilməsi üçün hər cür şərait yaradılıb.

SOCAR prezidenti Rövnəq Abdullayev qazdoldurma stansiyasının istismara verilməsinin rəmzi olaraq qırmızı lenti kəsdi. Kollektivi təbrik edərək uğurlar arzuladı.

Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər. 

R.Abdullayev səfər çərçivəsində Gürcüstan rəhbərliyi ilə görüşüb. Görüşlərdə iki ölkənin iqtisadi əlaqələri, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin Gürcüstana sərmayə qoyması məsələləri müzakirə olunub. 

SOCAR prezidenti bildirib ki, Gürcüstan tərəfi Azərbaycan şirkətlərinin Gürcüstana daha çox sərmayə yatırması xahişi ilə müraciət edib. Onun sözlərinə görə, hazırda bu müraciətə baxılır, Azərbaycan şirkətləri sərmayə yatırılacaq sahələri araşdırırlar. 

Son xəbərlər

Orphus sistemi