Bakı. 8 may. REPORT.AZ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (
SOCAR prezidenti R.Abdullayev və onu müşayiət edən şəxslər "Azərkimya" İB-nin Etilen-Polietilen Zavodunun istehsalata və keyfiyyətə nəzarət, eləcə də sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə də iştirak ediblər. SOCAR prezidentinə məlumat verilib ki, laboratoriyalar Rusiya və Almaniya istehsalı olan müasir tipli cihaz və xromatoqraflarla təchiz edilib. Bu isə müasir standartlara uyğun analizlər aparmaqla ətraf mühitin insan orqanizminə təsirini, ekoloji vəziyyətini, zərərli və təhlükəli istehsalat amillərini, istifadə edilən suyun çirklilik dərəcəsini, atmosferə atılan tullantıların miqdarını və başqa parametrləri daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Laboratoriyada çalışanların iş şəraiti də yaxşılaşdırılıb.
Daha sonra R. Abdullayev qaz məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və qaz fraksiyalarının hidrogenləşməsi qurğularında tikinti işlərinin gedişi ilə tanış olub. SOCAR prezidentinə, həmçinin buxar və elektrik enerjisi istehsalatında aparılacaq modernləşdirmə işləri haqqında da məlumat verilib.







