SOCAR prezidenti neft hasilatının maya dəyərinin BP-dən daha yüksək olmasına münasibət bildirib

SOCAR prezidenti neft hasilatının maya dəyərinin BP-dən daha yüksək olmasına münasibət bildirib SOCAR-ın istismar etdiyi ən cavan yatağın 35 yaşı var
Energetika
11 Fevral , 2016 17:15
SOCAR prezidenti neft hasilatının maya dəyərinin BP-dən daha yüksək olmasına münasibət bildirib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev BP şirkətinin Xəzərdə neft hasilatının SOCAR-ın hasilatının maya dəyərindən ucuz, əməkhaqlarının isə yüksək olmasına münasibət bildirib.

"Report"un verdiyi xəbərə görə, R.Abdullayev gənc neftçilərlə görüşdə bildirib ki, BP şirkəti yeni yataqda, SOCAR isə köhnə yataqlarda işləyir.

"BP-nin 2 min işçisi var və yeni yataqda işləyir. SOCAR-ın 55 min işçisi var, yatağı da çoxdur. Ən cavan yatağın isə 35 yaşı var. Bizim böyük yatağımız yoxdur. Yataq cavan olanda qazanc çox, xərci isə az olur. Yataq köhnəldikcə xərc çoxalır, qazanc isə azalır. Biz hazırda köhnə yataqlarda işləyirik. Onların xərcləri o qədər böyükdür ki, çalışırıq xərcləri azaldaq", - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, SOCAR-da neft hasilatı orta hesabla 20 dollara başa gəlir. BP-də isə neft hasilatının maya dəyəri 16 dollar/barel təşkil edir.

Son xəbərlər

Orphus sistemi