Yuxarı

SOCAR prezidenti Kaxa Kaladze ilə görüşüb

Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.                               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi