​SOCAR prezidenti İranın neft naziri ilə görüşüb

​SOCAR prezidenti İranın neft naziri ilə görüşüb Bakı görüşündə Azərbaycan-İran əməkdaşlığının inkişaf imkanları müzakirə edilib
Energetika
8 Avqust , 2016 15:10
​SOCAR prezidenti İranın neft naziri ilə görüşüb

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və İranın neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev Azərbaycanla İran arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyib.

İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən R.Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında münasibətlərin son vaxtlar intensivləşdiyini vurğulayıb.

Azərbaycanda böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

SOCAR prezidenti R.Abdullayev ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq, bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahina xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi